Samid Bağırov antiterror tədbirləri haqqında ərəb telekanallarına müsahibələr verib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırov Ordumuzun Qarabağda qeyri-qanuni separatçı silahlı birləşmələrinə qarşı keçirdiyi antiterror tədbirləri ilə bağlı ərəb ölkələrinin telekanallarına müsahibələr verib.
Bu barədə Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Bildirilib ki, şərqşünas alim Misirin “əl-Qahirə nyus” telekanalına müsahibəsində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərin zəruriliyi, onun legitim olması, sonra aparılan təhlükəsizlik tədbirləri haqqında lazımi məlumatları ərəbdilli ictimaiyyətə çatdırıb. Habelə İordaniyanın “əl-Məmləkə” telekanalına müsahibədə Qarabağda antiterror tədbirlərinin beynəlxalq qanunlara istinadən legitim olması haqqında geniş məlumat verib. Dövlətimizin suverenliyini tam təmin etmək istiqamətində aparılan siyasət haqqında ərəbdilli ictimaiyyətə məlumatların verilməsi davam etdiriləcək.