Pressa.az » Ölkə » Sökülən binaların sakinlərinə - Şad xəbər

Sökülən binaların sakinlərinə - Şad xəbər

05 noyabr 2026, Cümə axşamı, 12:28
Sökülən binaların sakinlərinə - Şad xəbər

Azərbaycanda sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək.

Liderxeber.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

2027-ci ilin büdcə zərfinə daxil edilən layihəyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.