Pressa.az » İdman » Read Səmədov yarışda üçüncü yeri tutdu

Read Səmədov yarışda üçüncü yeri tutdu

05 noyabr 2026, Cümə axşamı, 13:33
Read Səmədov yarışda üçüncü yeri tutdu

BƏƏ-nin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında dünya çempionatı (U-20) keçirilir. 

Liderxeber.az xəbər verir ki, Azərbaycanı yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır. Turnirdə bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.