Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
“Oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”, - məlumatda qeyd olunub.
Oxşar Xəbərlər:
09 oktyabr 2023, Bazar ertəsi
Oktyabrın 8-də Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub