Pressa.az » Ölkə » Sumqayıtda 10 ayda 2500-dən çox yenidoğulmuşun eşitmə müayinəsi aparılıb

Sumqayıtda 10 ayda 2500-dən çox yenidoğulmuşun eşitmə müayinəsi aparılıb

26 noyabr 2026, Cümə axşamı, 10:35
Sumqayıtda 10 ayda 2500-dən çox yenidoğulmuşun eşitmə müayinəsi aparılıb

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzdə yenidoğulmuşlar arasında eşitmə pozuntularının erkən aşkarlanması məqsədilə audiometriya (eşitmə testi) müayinələri aparılır.

Liderxeber.az xəbər verir ki, audiometriya yenidoğulmuşlar üçün nəzərdə tutulan neonatal skrininqlərdən biridir. Prosedur ağrısızdır, bir neçə dəqiqə davam edir və bir qayda olaraq, körpə doğulduqdan 12 saat sonra həyata keçirilir.

İlkin müayinənin nəticəsi qənaətbəxş olmadıqda, mümkün səbəblər araşdırılır və müayinənin katamnestik kabinetdə təkrarlanması tövsiyə olunur. Təkrar nəticə də qənaətbəxş olmadıqda uşaq daha ətraflı müayinə üçün surdoloji mərkəzə yönləndirilir.

Hesabat dövründə Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki tibb müəssisələrində və ambulator kabinetdə ümumilikdə 2508 uşağın audiometriya müayinəsi aparılıb. Onlardan 1 260-ı Sumqayıt Perinatal Mərkəzin stasionarında, 750-si 1 nömrəli Şəhər Xəstəxanasının doğum şöbəsində, 498-i isə ambulator kabinetdə müayinə olunub.

Ambulator kabinetdə müayinə olunan uşaqlardan 150-si özəl tibb müəssisələrindən, 90-ı isə digər tibb mərkəzlərindən yönləndirilib.

Qeyd edək ki, eşitmə skrininqi mümkün pozuntuların erkən aşkarlanmasına və uşaqların vaxtında müvafiq müayinələrə cəlb edilməsinə imkan yaradır.