Pressa.az » Ölkə » Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

11 oktyabr 2023, Çərşənbə, 17:30
Azərbaycan əhalisinin sayı açıqlanıb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı (10163176*) nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən LiderXəbər-ə verilən xəbərə görə, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.