Bu ilin 8 ayında doğulanların 99-u üçəm, 4-ü dördəm olub
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb.
Bu barədə LiderXəbər-ə Dövlət Statistika Komitəsindən xəbər verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşmüşdür. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.
Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.