Azərbaycan Prezidenti: Dövlətin nə qədər gücü olsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir
Prezident İlham Əliyev vurğulayıb ki, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.
LiderXəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
“O (əsgər, zabit – red.) gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”, - deyə dövlət başçısı vurğulayıb.
Oxşar Xəbərlər:
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
17 oktyabr 2023, Çərşənbə axşamı
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
17 oktyabr 2023, Çərşənbə axşamı
Azərbaycan Prezidenti: Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik!