Pressa.az » Ölkə » Sabah Bakıda 24, bölgələrdə 26 dərəcə isti olacaq

Sabah Bakıda 24, bölgələrdə 26 dərəcə isti olacaq

23 oktyabr 2023, Bazar ertəsi, 17:51
Sabah Bakıda 24, bölgələrdə 26 dərəcə isti olacaq

Oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.


Oxşar Xəbərlər:

Sabah yağış yağacaq
19 oktyabr 2023, Cümə axşamı
Sabah yağış yağacaq
Sabah yağıntılı hava gözlənilir - PROQNOZ
17 oktyabr 2023, Çərşənbə axşamı
Sabah yağıntılı hava gözlənilir - PROQNOZ
Sabah yağış yağacaq
16 oktyabr 2023, Bazar ertəsi
Sabah yağış yağacaq
Sabahın hava proqnozu
10 may 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu