Səhiyyə Nazirliyində Apellyasiya Şurası yaradılacaq
Səhiyyə Nazirliyində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun tabeliyindəki qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalar istisna olmaqla) təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq məqsədilə Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılacaq.
LiderXəbər-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Apellyasiya Şurasının əsasnamısini nazir təsdiq edəcək.