Pressa.az » Ölkə » Sabah dumanlı hava olacaq - PROQNOZ

Sabah dumanlı hava olacaq - PROQNOZ

30 oktyabr 2023, Bazar ertəsi, 17:49
Sabah dumanlı hava olacaq - PROQNOZ

Oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindıən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


Oxşar Xəbərlər:

Sabah yağıntılı hava gözlənilir - PROQNOZ
17 oktyabr 2023, Çərşənbə axşamı
Sabah yağıntılı hava gözlənilir - PROQNOZ
Sabah yağış yağacaq
16 oktyabr 2023, Bazar ertəsi
Sabah yağış yağacaq
Sabah yağış yağacaq
19 oktyabr 2023, Cümə axşamı
Sabah yağış yağacaq
Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu