Pressa.az » Ölkə » Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

31 oktyabr 2023, Çərşənbə axşamı, 14:50
Zakir Həsənov Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.

Bu barədə LiderXəbər-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.