Pressa.az » Ölkə » Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən azad ediləcək

Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən azad ediləcək

06 fevral 2023, Bazar ertəsi, 11:03
Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən azad ediləcək

Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən azad ediləcək.

LiderXəbər-in xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.