Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

02 noyabr 2023, Cümə axşamı, 13:30
Sabahın hava proqnozu

Noyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda dağlarda gecə 4-9° isti, gündüz 11-16° olacaq.


Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
10 may 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq