Pressa.az » Ölkə » Azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində 20 min seçici ilk dəfə səs verəcək

Azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində 20 min seçici ilk dəfə səs verəcək

08 dekabr 2023, Cümə, 16:26
Azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində 20 min seçici ilk dəfə səs verəcək

Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.

LiderXəbər-in xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd edib ki, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər”.