Vilayət Eyvazov polis rəisini vəzifədən kənarlaşdırdı
Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Çələbiyev vəzifədən azad edilib.
LiderXəbər-in əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. E.Çələbiyev işdən çıxarılaraq sərəncama götürülüb, onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, daha əvvəl Quba RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində çalışmış E.Çələbiyev 2017-ci ildən 23-cü PB-yə rəhbərlik edirdi.