Pressa.az » Ölkə » COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

17 yanvar 2024, Çərşənbə, 12:30
COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti artırılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

LiderXəbər xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.