Hamiləlik və doğuma görə əmək məzuniyyəti artırıla bilər
Hamiləliyə və doğuma görə əmək məzuniyyətinin artırılmasını təklif edirik.
LiderXəbər xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 126 gün mövcud qanunvericilikdə nəzərdə tutulub: “Təklifimiz bu müddətin 140 günə çatdırılmasıdır. Yəni doğuşdan sonra olan məzuniyyətin də 14 gün artırılmasını təklif etmişik. Həmçinin, patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da baxa bilərik”.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
20 noyabr 2023, Bazar ertəsi
Prezident Qoşulmama Hərəkatının qadın hüquqları mövzusunda Konfransının iştirakçılarına müraciət edib