Bakıda 20 yaşlı oğlan hosteldə məktub qoyub yoxa çıxdı
Bakıda 20 yaşlı oğlan itkin düşüb.
LiderXəbər-in əldə etdiyi məlumata görə, Ağdaş rayon sakini, 20 yaşlı Xəyal Musayev fevralın 9-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.
Araşdırmalar zamanı məlum olub ki, X.Musayev paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən hosteldə qalırmış. O, fevralın 9-da saat 20 radələrində telefonunu və “intihar edəcəyəm, heç kimin günahı yoxdur”,- sözləri yazılmış məktubu hosteldə qoyaraq oranı tərk edib.
Hazırda araşdırma tədbirləri davam etdirilir.
Oxşar Xəbərlər:
19 yanvar 2023, Cümə axşamı
Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi
31 yanvar 2023, Çərşənbə axşamı
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, saxlanılanlar var