İstirahət günlərində isti hava davam edəcək
Fevralın 10-11-də Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraiti sabit, əsasən yağmursuz olacaq, mülayim cənub küləyi əsəcək.
Bunu LiderXəbər-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, havanın temperaturu günorta saatlarında paytaxtda 14-19, aran rayonlarında 18-23, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq.
“Yaxın iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.