Pressa.az » Ölkə » Sabah 16° isti olacaq

Sabah 16° isti olacaq

14 fevral 2024, Çərşənbə, 13:45
Sabah 16° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

LiderXəbər Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 15-də gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.


Oxşar Xəbərlər:

Sulu qar və qar yağacaq
23 fevral 2023, Cümə axşamı
Sulu qar və qar yağacaq
Bazar günü 15° isti olacaq
03 fevral 2024, Şənbə
Bazar günü 15° isti olacaq
Sabah 16° isti olacaq
05 fevral 2024, Bazar ertəsi
Sabah 16° isti olacaq