Pressa.az » Ölkə » İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir - VİDEO

İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir - VİDEO

19 fevral 2024, Bazar ertəsi, 14:33
İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir - VİDEO

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

LiderXəbər xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

[