Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

20 fevral 2024, Çərşənbə axşamı, 12:40
Sabahın hava proqnozu

Fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Oxşar Xəbərlər:

Bu yollarda buzlaşma var - Siyahı
24 yanvar 2024, Çərşənbə
Bu yollarda buzlaşma var - Siyahı
Sabahın hava proqnozu
27 dekabr 2023, Çərşənbə
Sabahın hava proqnozu
Bazar günü 15° isti olacaq
03 fevral 2024, Şənbə
Bazar günü 15° isti olacaq