Pressa.az » Ölkə » Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

23 fevral 2024, Cümə, 11:57
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Sabiq Ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

LiderXəbər-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiyanın 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.

Fikrət Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək Ədliyyə naziri vəzifəsində çalışıb.