İnam Kərimov Ali Məhkəmənin hakimi təyin ediləcək
İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
LiderXəbər-in xəbərinə görə, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.
12:00
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur.
LiderXəbər-in "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Daha sonra məsələ ətrafında deputatlar çıxış edəcəklər. Müzakirələrdən sonra sənədin parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunması gözlənilir.
İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.
Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib.