Pressa.az » Ölkə » Gündüz Nəzərzadə ilə Sumqayıtda vida mərasimi keçirilir

Gündüz Nəzərzadə ilə Sumqayıtda vida mərasimi keçirilir

16 fevral 2023, Cümə axşamı, 11:41
Gündüz Nəzərzadə ilə Sumqayıtda vida mərasimi keçirilir

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir. 

LiderXəbər xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.