Pressa.az » Ölkə » Dərmanların reyestrə daxil edilmə qaydası müəyyənləşir

Dərmanların reyestrə daxil edilmə qaydası müəyyənləşir

12 mart 2024, Çərşənbə axşamı, 15:19
Dərmanların reyestrə daxil edilmə qaydası müəyyənləşir

Dərman vasitələrinin və ya dərman maddələrinin reyestrə daxil edilmə qaydası müəyyənləşir.

LiderXəbər xəbər verir ki, bu, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının və dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 11 (on bir) iş günü müddətində derman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatını tanıyaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edir və ya imtina haqqında qərar qəbul edir. İcazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının, dərman vasitələrinin və ya dərman maddələrinin ekspertizasının nəticəsi əsasında 23 (iyirmi üç) iş günü, dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında isə 13 (on üç) iş günü müddətində dərman vasitələrinin idxalına icazəni və onun əlavəsini verir və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.