Pressa.az » Ölkə » Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

15 mart 2024, Cümə, 14:08
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Martın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Oxşar Xəbərlər:

Sabah Bakı və Abşeronda hava yağmursuz olacaq
14 noyabr 2023, Çərşənbə axşamı
Sabah Bakı və Abşeronda hava yağmursuz olacaq
Sabah yağış yağacaq
16 oktyabr 2023, Bazar ertəsi
Sabah yağış yağacaq
Duman, yağış, qar - Sabahın havası
06 dekabr 2023, Çərşənbə
Duman, yağış, qar - Sabahın havası
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq