Neftçalada Novruz bayramı qeyd olunub
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, YAP Neftçala rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar ilk öncə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət- ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçiriblər.
Bayram tədbirində SSR-i dönəmində bu bayramın qadağan olunması, lakin Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışıyla Novruz bayramı yenidən Odlar Yurdu Azərbaycanımızda böyük coşqu ilə qeyd olunmağa başladı. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərib. Bu gün bayram tonqalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, ordumuz gücümüzü hesabına düşmən işğalından azad etdiyimiz Xankəndi şəhərində yandırılıb. Xalqımız Novruzun gəlişinə bir ay qaldıqda bu bayramı çox təntənəli şəkildə qeyd etməsi və bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladıqları kompozisiyalar və müxtəlif musiqilərlə davam edib.