Baş Prokurorluqla Hesablama Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalanıb.
LiderXəbər xəbər verir ki, memorandumu Baş prokuror Kamran Əliyev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalayıb.
Baş prokuror Kamran Əliyev deyib ki, prokurorluq bir çox qurumlarla memorandumlar imzalayıb. Bu sənəd isə Hesablama Palatası ilə əməkdaşlığı daha da möhkəmləndirəcək.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM