Pressa.az » Ölkə » Azərbaycanda özəl klinikanın lisenziyası dayandırılıb

Azərbaycanda özəl klinikanın lisenziyası dayandırılıb

09 aprel 2024, Çərşənbə axşamı, 10:25
Azərbaycanda özəl klinikanın lisenziyası dayandırılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.

LiderXəbər Mərkəzə istinadən xəbər verir ki, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib.00:32

Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmamsı səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.