Gələn ay şuşalılar yurdlarına qayıdırlar
“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”.
LiderXəbər xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib.
Komitə rəsmisi qeyd edib ki, ilin sonunadək 20 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı planlaşdırılıb.
Doğma yurda dönənlərin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Evlərin bölgüsü hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun püşkatma yolu ilə aparılır.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
25 dekabr 2023, Bazar ertəsi
Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib