Pressa.az » Ölkə » Doğan Başaran: COP-un ilk dəfə bir türk dövlətində keçirilməsi qürurverici hissdir

Doğan Başaran: COP-un ilk dəfə bir türk dövlətində keçirilməsi qürurverici hissdir

16 may 2024, Cümə axşamı, 12:27
Doğan Başaran: COP-un ilk dəfə bir türk dövlətində keçirilməsi qürurverici hissdir

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçiriləcək.

Bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində “Dayanıqlı gələcək komissiyası”nın Türkiyə tərəfdən sədri Doğan Başaran deyib.

COP29-un Azərbaycanda keçirilməsinin qürurverici hiss olduğunu bildirən D.Başaran qeyd edib ki, bütün türk dövlətləri bu istiqamətdə Azərbaycana dəstək göstərməlidir: “İqlim dəyişikliyi probleminin qarşısı alınmadığı təqdirdə bütün dünya üçün fəlakətlə nəticələnə bilər. COP29-da bu məsələnin həlli istiqamətində yeni yolların tapılacağına inanıram”.