Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı açıqlanıb
Azərbaycanda məhkəmələrdə ümumilikdə 616 hakim fəaliyyət göstərir, onlardan 151-i xanımdır.
LiderXəbər.az-ın əldə etdiyi məlumata görə, orta hesabla Azərbaycanda hər 100 min nəfərə 6,2 hakim düşür.
Məlumata əsasən, Avropanın bir çox ölkələrində hər 100 min nəfərə orta hesabla 22,2 hakim düşür və bu baxımdan Azərbaycanda hakimlərin sayı Avropada ən aşağı göstəricidir.
"Hakimlərin sayının az olması isə iş yükünə əhəmiyyətli dərəcədə təsir edir", - məlumatlı mənbə vurğulayıb.
Oxşar Xəbərlər:
22 fevral 2023, Çərşənbə
Ötən il iki hakim vəzifədən azad olunub, beş hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib