Pressa.az » Ölkə » Bu şəxslərə mənzil kirayəsi üçün pul ödəniləcək - Prezident İMZALADI

Bu şəxslərə mənzil kirayəsi üçün pul ödəniləcək - Prezident İMZALADI

25 may 2024, Şənbə, 19:10
Bu şəxslərə mənzil kirayəsi üçün pul ödəniləcək - Prezident İMZALADI

Ədliyyə orqanları işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Liderxeber.az xəbər verir ki, qanuna aşağıdakı bənd əlavə olunub: Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir. Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, "Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir" cümləsi çıxarılıb.