Pressa.az » Ölkə » Azərbaycan bu il 4 %-ə yaxın iqtisadi artım proqnozlaşdırır

Azərbaycan bu il 4 %-ə yaxın iqtisadi artım proqnozlaşdırır

27 may 2024, Bazar ertəsi, 11:55
Azərbaycan bu il 4 %-ə yaxın iqtisadi artım proqnozlaşdırır

Bu il Azərbaycan iqtisadiyyatının 3,8 % artması proqnozlaşdırılır.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib. "O cümlədən neft sektorunda 0,8 %, qeyri-neft sektorunda isə 5 %-dən çox artım gözlənilir", - deyə o qeyd edib.