“Bununla bağlı xüsusi tapşırıq vermişdim” - İlham Əliyev
“Antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik”.
Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı məlumat verib. Həmin dialoqu təqdim edirik: Sakin: Bəli, cənab Prezident, demək olar ki, 30 ildir. Bizim əhali XX əsrin faciəsini yaşayıb, Xocalı faciəsini. Burada olan bütün insanlar o faciədən çıxmış insanlardır. Bütün bunlara baxmayaraq, bu gün biz kədərli olsaq da, sevincimizin həddi-hüdudu yoxdur. Kədərliyik ona görə ki, Xocalı faciəsini yaşamışıq, Xocalı faciəsindən çıxmışıq. Xocalıda elə bir ailə yoxdur ki, həmin faciə vaxtı itki verməsin, şəhid verməsin. Yəni, bütün bunlara baxmayaraq, Sizin xarici və daxili siyasətiniz nəticəsində bizim torpaqlarımız azad edildi. Daha sonra keçən ilin sentyabr ayında antiterror əməliyyatı nəticəsində Xocalımız separatçı ermənilərdən təmizləndi və azad edildi. Sizin sayənizdə qısa müddət ərzində Xocalımız belə gözəlləşdi.
Prezident İlham Əliyev: Səkkiz aya.
Sakinlər: Səkkiz aya, bu, möcüzədir. Səkkiz aya bax belə quruculuq işləri aparıldı.
Prezident İlham Əliyev: Mən xüsusi tapşırıq vermişdim, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik.