Pressa.az » Ölkə » “SİMART”ın ilk nəşrinin təqdimatı baş tutub! - FOTOLAR

“SİMART”ın ilk nəşrinin təqdimatı baş tutub! - FOTOLAR

31 may 2024, Cümə, 10:22
“SİMART”ın ilk nəşrinin təqdimatı baş tutub! - FOTOLAR

“Libraff”da həyata keçirilən təqdimatda yazıçılar, naşirlər, təhsil və sosial təşəbbüs layihələrinin nümayəndələri iştirak ediblər.

Liderxeber.az xəbər verir ki, layihənin “İçərişəhərin sirli sakini” adlı ilk kitabında uşaqların sağlam düşüncədə böyüməsini təşviq edən bir-birindən maraqlı, ibrətamiz hekayələr yer almışdır.

Qeyd edək ki, “SİMART” uşaqlar və yeniyetmələr üçün maraqlı hekayələri, animasiyaları, valideynlər üçün inkişaf proqramlarını təklif edən sağlam inkişaf platformasıdır. 

Bugünə qədər “SİMART” çərçivəsində 1000 nəfərdən çox auditoriyanı əhatə edən 10-dan çox tədbir həyata keçirilib, 12 hekayə animasiyalaşdırılaraq layihənin yutub kanalında təqdim edilib.