Pressa.az » Ölkə » Zaqatalada evə ildırım düşdü

Zaqatalada evə ildırım düşdü

01 iyun 2024, Şənbə, 09:10
Zaqatalada evə ildırım düşdü

Zaqatalada 6 otaqlı fərdi yaşayış evini ildırım vurub.

Liderxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 03:53-də rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus, ümumi sahəsi 182 kv/m olan fərdi yaşayış evini ildrım vurub.

Daha sonra evdə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.