Pressa.az » Ölkə » Direktorların işə götürülməsi ilə bağlı yenilik olacaq

Direktorların işə götürülməsi ilə bağlı yenilik olacaq

06 iyun 2024, Cümə axşamı, 11:12
Direktorların işə götürülməsi ilə bağlı yenilik olacaq

“Direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır”.

Liderxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib. “Sertifikasiyadan uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin göstəriciləri gələcəkdə direktor və direktor müavinlərinin işə qəbulu zamanı nəzərə alınacaq. Bunun üçün direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır”, - deyə o bildirib.