Pressa.az » Ölkə » Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb

06 mart 2023, Bazar ertəsi, 10:04
Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

LiderXəbər-in xəbərinə görə, hadisə martın 6-sı paytaxtın Zabrat dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Qasımov Ramiz Elşad oğlu etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçən piyada, 1966-cı il təvəllüdlü Abbasova Zeynəb Qəşəm qızını vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.