Pressa.az » Ölkə » Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 775 minə çatıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 775 minə çatıb

10 iyun 2024, Bazar ertəsi, 10:02
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 775 minə çatıb

2024-cü il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7% artaraq 775 min, aktiv ƏDV ödəyicilərinin sayı 6,7% artaraq 48,8 min təşkil edib.

Bu barədə Liderxeber.az Economics-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edək ki, bu dövrdə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,4% artıb və 207,4 min olub.