Pressa.az » Ölkə » Azərbaycandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

11 iyun 2024, Çərşənbə axşamı, 09:09
Azərbaycandan Rusiyaya narkotik keçirilməsinin qarşısı alınıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Liderxeber.az-a bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub. Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib.

O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.