Azərbaycanda yumurta bahalaşacaq?
"Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb".
Liderxeber.az xəbər verir ki, bunu trend-ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib. O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi:
"Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir".
Sədr ölkəmizdə yumurtanın qiymətinin artacağı ilə bağlı xəbərlərə də toxunub:
"Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurta tələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbat günlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Bu səbəblərdən də yumurtanın qiymətində artım olmayacaq. Bazarda yumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olan qiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".
M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta istehsalı fermaları açmaq olar.
"Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalar sovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir", - deyə o qeyd edib.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO