XİN rəhbəri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların davam etdiyini vurğulayıb.Nazirin sözlərinə görə, son aylarda Ermənistan-Azərbaycan postmünaqişə normallaşması istiqamətində müsbət inkişaflar müşayiət edilir.
“Görüş əsnasında Ermənistan-Azərbaycan postmünaqişə normallaşması sahəsində mövcud vəziyyət barədə məlumat verdim. Qeydim ondan ibarət oldu ki, bu istiqamətdə işlər davam etdirilir. Biz son aylarda bir sıra müsbət inkişaflar müşayiət etmişik. Bunlardan Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası ilə bağlı razılıq əldə edilməsi və protokolun imzalanması da var. Bu addımı əhəmiyyətli hesab edirik. Bu protokol sayəsində Azərbaycanın 4 kəndinin işğalı başa çatıb”.