Pressa.az » Ölkə » Elçin Yusubov: “Xocalıya daha 50 ailənin köçürülməsi həyata keçiriləcək”

Elçin Yusubov: “Xocalıya daha 50 ailənin köçürülməsi həyata keçiriləcək”

28 iyun 2024, Cümə, 10:54
Elçin Yusubov: “Xocalıya daha 50 ailənin köçürülməsi həyata keçiriləcək”

Artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib.

Liderxeber.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, yaxın müddətdə daha 50 ailənin köçü həyata keçiriləcək: “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”.