Pressa.az » Ölkə » Hacıqabulda su basmış yerlərdə intensiv tədbirlər davam etdirilir

Hacıqabulda su basmış yerlərdə intensiv tədbirlər davam etdirilir

01 iyul 2024, Bazar ertəsi, 16:52
Hacıqabulda su basmış yerlərdə intensiv tədbirlər davam etdirilir

Xəbər verildiyi kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəməsi nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri subasmaya məruz qalmış, Fövqəladə Hallar Nazirliyinin qüvvələri zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə həmin əraziyə cəlb edilmişdi.

FHN-in Mətbuat xidmətindən Liderxeber.az-a verilən məlumata görə, hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.