Pressa.az » Ölkə » Azərbaycanın bəzi yerlərində güclü yağış sürüşmə və çökməyə səbəb olub

Azərbaycanın bəzi yerlərində güclü yağış sürüşmə və çökməyə səbəb olub

03 iyul 2024, Çərşənbə, 14:25
Azərbaycanın bəzi yerlərində güclü yağış sürüşmə və çökməyə səbəb olub

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Liderxeber.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.

Agentlik sədri vurğulayıb ki, hazırda qurumun əməkdaşları həmin ərazilərdə araşdırma və monitorinqləri davam etdirir.