Pressa.az » Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir

30 may 2023, Çərşənbə axşamı, 13:00
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir.

Liderxəbər xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını bu subyektlərdə müəyyən edilmiş həqiqi hərbi xidmət müddətlərini başa vurmuş hərbi qulluqçular, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər.

Layihəyə əsasən, artıq konkret olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.

Öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar isə yenə də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.