ATƏT/DTİHB Аzərbaycanda parlament seçkiləri üçün iştirakçı ölkələrdən 300-dən çox müşahidəçi istəyib
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) iştirakçı ölkələrdən Azərbaycanda növbədənkənar parlament seçkiləri üçün 300-dən çox müşahidəçi istəyib.
Liderxeber.az-a bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata görə, uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi istənilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Oxşar Xəbərlər:
09 iyul 2024, Çərşənbə axşamı
ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılmasına başlayıb
11 mart 2024, Bazar ertəsi
Jalə Əhmədova: "Altıncı çağırış Milli Məclis ölkəmizdə aparılan islahatlara öz səlahiyyətləri çərçivəsində mühüm dəstək verir"
27 iyun 2024, Cümə axşamı
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğun hesab edilib - Yenilənib-2
27 iyun 2024, Cümə axşamı
Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır